Bakıda "Toyota" avtomobili yanıb

Bakıda "Toyota" avtomobili yanıb Hadisə Nərimanov rayonunda baş verib
Hadisə
5 Aprel , 2015 06:40
Bakıda Toyota avtomobili yanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Bakıda sahibi məlum olmayan "Toyota" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.

Bildirilir ki, yüksək temperaturdan yaxınlıqdakı "MEDİLUX" klinikasının alkopandan ibarət divar üzlüyü də qismən əriyib.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi