Yuxarı
    Bağlamaq

    ​Bakıda toydan qayıdan sərxoş sürücü avtomobil qəzasında ölüb - FOTO

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır

    Bakı. 8 may. REPORT.AZ/ Bakıda toydan qayıdan sərxoş sürücü avtomobil qəzasında ölüb. “Report”un məlumatına görə, hadisə Xəzər rayonunun Qala qəsəbəsindən Xaşaxuna bağları adlanan əraziyə gedən yolda baş verib.

    Belə ki, “VAZ 2106” markalı avtomobillə hərəkət edən sürücü - 1992-ci il təvəllüdlü Cavid Şahlarov idarəetməni itirib. Nəticədə sürücü avtomobili yol kənarındakı işıq dirəyinə vurub.

    Xəsarət alan sürücü və maşında olan sərnişin - 23 yaşlı Babayev Fərman Rasim oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sürücü Cavid Şahlarovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

    Qeyd edək ki, hadisə sürücü C.Şahlarov və xəsarət alan F.Babayev toydan qayıdan vaxt baş verib. Onların hər ikisi qəza anında sərxoş vəziyyətdə olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi