Bakıda toyda kütləvi dava olub, yaralananlar var

Bakıda toyda kütləvi dava olub, yaralananlar var ​Bakıda toyda kütləvi dava olub
Hadisə
29 Sentyabr , 2016 03:26
Bakıda toyda kütləvi dava olub, yaralananlar var

Bakı. 29 sentyabr. REPORT.AZ/ Nizami rayonunda keçirilən toy mərasimində kütləvi dava baş verib.

"Report" xəbər verir ki, rayon ərazisində yerləşən "R.A.S" şadlıq evində keçirilən toy mərasimində iştirak edən qonaq inzibatçıdan viski istəyib.

İnzibatçı viskinin olmadığını deməsindən sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə daha sonda əlbəyaxa davaya çevrilib. 

Davaya ofisiant və digər qonaqlar da qoşulub. Kütləvi dava zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. 

Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin - 21 yaşlı Araz Tağıyevin vəziyyəti ağırdır.  

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi