Yuxarı

​Bakıda toya gedən qadının 3 700 dollar pulu oğurlanıb

Faktla bağlı polis idarəsində araşdırma aparılır

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıda toya gedən qadının 3 700 dollar pulu oğurlanıb. “Report”un xəbərinə görə, hadisə Babək prospektində yerləşən “Arzu” şadlıq sarayında qeydə alınıb.

Belə ki, Solmaz Zamanova adlı qadın polisə müraciət edərək həmin şadlıq sarayında qonaq kimi toyda iştirak etdiyini, orada çantasındakı pulların oğurlandığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi