Bakıda torpaq özəlləşdirilməsi adı altında 160 min manatlıq dələduzluq edilib

Bakıda torpaq özəlləşdirilməsi adı altında 160 min manatlıq dələduzluq edilib Faktla bağlı səlahiyyətli orqanlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir
Hadisə
107
2 Sentyabr , 2016 10:29
Bakıda torpaq özəlləşdirilməsi adı altında 160 min manatlıq dələduzluq edilib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakıda daha bir dələduzluq hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Emin Abbasov hüquq-mühafizə orqanlarına müraciət edərək cari ilin iyul ayında Çingiz adlı şəxsin ondan 160 min manat aldığını bildirib.

E.Abbasov ərizəsində qeyd edib ki, həmin şəxs ondan pulu torpaq sahəsini özəlləşdirmək adı ilə alıb, lakin dediyinə əməl etməyib.

Faktla bağlı səlahiyyətli orqanlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir.

Son xəbərlər

Orphus sistemi