Bakıda “Topaz”da baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub.
Müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.
“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
*** 09:43
Bakıda 19 yaşlı gənc “Topaz” mərc oyunları salonundan quldurluq edib.
“Report”un xəbərinə görə, hadisə sentyabrın 22-də paytaxtın Təbriz küçəsində baş verib.
Belə ki, Nərimanov Rayon polis İdarəsinin 18-ci Polis Şöbəsinin keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində mərc oyunları salonunda quldurluq yolu ilə 200 manat pulu talamaqda şübhəli bilinən 2000-ci il təvəllüdlü E.Yusublu saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.