Bakıda “Topaz” məntəqəsindən oğurluğa cəhd olub

Bakıda “Topaz” məntəqəsindən oğurluğa cəhd olub Bakı. 6 dekabr. REPORT.AZ/ Bakıda “Topaz” mərc oyunları məntəqəsindən oğurluğa cəhd olub.
Hadisə
6 Dekabr , 2017 13:10
Bakıda “Topaz” məntəqəsindən oğurluğa cəhd olub

Bakı. 6 dekabr. REPORT.AZ/ Bakıda “Topaz” mərc oyunları məntəqəsindən oğurluğa cəhd olub.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrinin birindən oğurluğa cəhd göstərən, habelə cari ilin iyun-noyabr ayları ərzində 4 mağazadan pul, danışıq kartları, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Lerik və Yevlax rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi