Binəqədi rayonunda "Tofaş" beton dirəyə çırpıldı, iki gənc xəsarət aldı

Binəqədi rayonunda "Tofaş" beton dirəyə çırpıldı, iki gənc xəsarət aldı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
4 Aprel , 2021 23:54
Binəqədi rayonunda Tofaş beton dirəyə çırpıldı, iki gənc xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Hərəkətdə olan "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton dirəyə çatdırılıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər - 1995-ci il təvəllüdlü Bayramlı Ümid Məciəddin oğlu və 1997-ci il təvəllüdlü Abdullazadə Şəhriyar Teyyub oğlu xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı Ü.Bayramlıya qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi, Ş.Abdullazadəyə isə sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi