Bakıda TIR sürücüsü mühafizəçini və üç xarici vətəndaşı bıçaqlayıb

Bakıda TIR sürücüsü mühafizəçini və üç xarici vətəndaşı bıçaqlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
31 avqust 2018 12:41
Bakıda TIR sürücüsü mühafizəçini və üç xarici vətəndaşı bıçaqlayıb
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Bakıda Belarus vətəndaşı Azərbaycanın gömrük işçisini və üç xarici vətəndaşı bıçaqlayıb.

“Report”un xəbərinə görə, hadisə Səbail rayonu, Salyan şossesində yerləşən “İpək yolu” gömrük terminalında qeydə alınıb.

Belarus vətəndaşı, 36 yaşlı Astauk Valeriy Nikolayeviç həmyerlisi Vladimir Balintə, Ukrayna vətəndaşları Vasso Mixaylova və Roma Matvyuka, həmçinin terminalın işçisi Emil Əliyarbəyova bıçaqla xəsarət yetirib.

A.Nikolayeviç polislər tərəfindən saxlanılıb.

Yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxs və xəsarət alan Belarus və Ukrayna vətəndaşları TIR sürücüləridir.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən "Report"a bildiriblər ki, hadisə zamanı xəsarət alan Emil Əliyarbəyov gömrük işçisi deyil: "O, “İpək yolu” gömrük terminalının dayanacağının mühafizəçisidir".

Son xəbərlər

Orphus sistemi