​Bakıda tikinti şirkətinin yük maşını qəzaya uğrayıb, yaralanan var - FOTO

​Bakıda tikinti şirkətinin yük maşını qəzaya uğrayıb, yaralanan var - FOTO Hadisə baş verən yolda nəqliyyat vasitələrinin sıxlığı yaranıb
Hadisə
23 Aprel , 2015 16:54
​Bakıda tikinti şirkətinin yük maşını qəzaya uğrayıb, yaralanan var - FOTO

Bakı. 23 aprel. REPORT.AZ/ Bakının Nizami rayonunda yol qəzası baş verib. 

“Report”un məlumatına görə, hadisə metronun “Neftçilər” stansiyasının yaxınlığındakı dairədən üzü Neft Emalı Zavodu istiqamətində olan yolda qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkət edən yük maşını ilə “Mercedes” markalı minik avtomobil toqquşub. Nəticədə “Mercedes”in sürücüsü yüngül xəsarət alıb. Qəza baş verən ünvanda Nizami rayon yol polisi şöbəsinin əməkdaşları araşdırma aparırlar.

Hadisə baş verən yolda nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Qeyd edək ki, qəzada iştirak edən yük maşını “Riva” tikinti şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi