Yuxarı
    Bağlamaq

    ​Bakıda tikinti şirkətinin ofisindən yarım milyon dollar oğurlayan qrupun digər üzvü tutulub

    Faktla bağlı araşdırmalar davam etdirilir

    Bakı. 27 avqust. REPORT.AZ/ Bakıda "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450 min ABŞ dolları olan seyfi oğurlayan şəxslərdən ikincisi də tutulub.

    "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

    Məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də "Renessans-İnşaat" MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları olan seyfi oğurlayan qrupun digər üzvü - Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məhərrəmov tutulub, ondan 3,08 qram tiryək götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi