Yuxarı

​Bakıda tikinti şirkətinin ofisindən yarım milyon dollar oğurlanıb

Oğrulardan biri tutulub

Bakı. 26 avqust. REPORT.AZ/ Bakıda “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 min ABŞ dolları olan seyf oğurlanıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 min ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulub, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi