Yuxarı

Bakıda tikinti şirkəti cərimələnib

​Bakıda tikinti şirkəti cərimə edildi

Nərimanov Rayon Məhkəməsində “Agah Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin 536.4 avro (2682 avronun iyirmi faizi miqdarında) cərimə edilməsi barədə qərar çıxarıb.

"Report" xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən yazdığı protokolla cərimələyib.

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Nərimanov Rayon Məhkəməsinin qərarından “Agah Group” MMC tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

2009-cu ildən fəalliyyət göstərən "Agah Group" tikinti şirkəti sənaye tipli obyektlərin tikintisini həyata keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi