Bakıda tikinti materiallarının satıldığı mağazalarda güclü yanğın olub - FOTO

Bakıda tikinti materiallarının satıldığı mağazalarda güclü yanğın olub - FOTO Alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb
Hadisə
10 Avqust , 2017 22:00
Bakıda tikinti materiallarının satıldığı mağazalarda güclü yanğın olub - FOTO
FOTO: Orxan Əzim

Xəbərə fotolar əlavə olunub. 

İlk xəbər saat 20:47-də yayılıb. 

Bakı. 10 avqust. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib. 

"Report"un məlumatına görə, yanğın Binəqədi rayonunun Kənd Binəqədi qəsəbəsində yerləşən tikinti materiallarının satıldığı mağazaların damında başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Yanğın ümumi sahəsi 575 kvadratmetr olan ərazidə baş verib, 264 kvadratmetr yer yanıb.

Alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Mağazaların içərisindəki elektron avadanlıq və tikinti materialları külə dönüb. 

Hazırda mağazaların mansardında söküntü işləri aparılır, sahibkarlara dəymiş ziyanın məbləği dəqiqləşdirilir.

FOTO: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi