​Bakıda tikinti materialları mağazasında yanğın baş verib

​Bakıda tikinti materialları mağazasında yanğın baş verib Mağaza və bitişik mağazalar yanğından mühafizə olunub
Hadisə
30 İyul , 2016 09:58
​Bakıda tikinti materialları mağazasında yanğın baş verib

Bakı. 30 iyul. REPORT.AZ/ Bakı şəhərində tikinti materialları mağazasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda ticarət mərkəzinin 2-ci korpusun 13-cü sırasında fəaliyyət göstərməyən, ümumi sahəsi 40 m² olan mağazanın içərisində yığılmış taxta materialları 30 m² sahədə yanıb.

Mağaza və bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi