Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlanıb

Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlanıb Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlanıb.
Hadisə
23 Avqust , 2018 12:12
Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.  

Belə ki, Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıblar.

Araşdırmalarla T.Azadinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi