Bakıda ticarət mərkəzindən oğurluq edilib

Bakıda ticarət mərkəzindən oğurluq edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Avqust , 2015 13:18
Bakıda ticarət mərkəzindən oğurluq edilib

Bakı. 24 avqust. REPORT.AZ/ Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Gündüz Quliyevə məxsus mağazadan 2 ədəd mobil telefon oğurlayan paytaxt sakini Manaf Paşayev tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi