Bakı. 12 dekabr. REPORT.AZ/ Bakıda ticarət mərkəzindən külli miqdarda pirotexniki məmulatlar aşkarlanıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Etimat Hüseynovdan 22280 ədəd pirotexniki məmulatlar götürülüb.
Faktla bağlı araşdırma aparılır.