Bakıda ticarət mərkəzində gənc oğlan bıçaqlanıb

Bakıda ticarət mərkəzində gənc oğlan bıçaqlanıb Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
28 Fevral , 2017 09:24
Bakıda ticarət mərkəzində gənc oğlan bıçaqlanıb

Bakı. 28 fevral. REPORT.AZ/ Bakıda 21 yaşlı oğlan dostu tərəfindən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində "Bolluq" ticarət mərkəzində 1996-ci il təvəllüdlü Həbibov Asif Ziyad oğlu dostu (hələlik adı məlum deyil) tərəfindən bıçaqlanıb. A.Həbibov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi