Yuxarı

​Bakıda tibb mərkəzinin direktoru qadın həkimdən polisə şikayət edib

Həkim 35 min manat pul mənimsəməkdə ittiham olunur

Həkim 35 min manat pul mənimsəməkdə ittiham olunur

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakıda fəaliyyət göstərən “Atlas” Tibb Mərkəzində mənimsəmə faktı qeydə alınıb. Bu barədə “Report”a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, tibb mərkəzinin rəhbərliyi Xətai RPİ-yə ərizə ilə müraciət edib. Ərizədə bildirilib ki, orada həkim işləyən 39 yaşlı İradə Vəliyeva “Atlas” Tibb Mərkəzinin 35 min manat pulunu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, RPİ-yə daxil olan ərizəni “Atlas” Tibb Mərkəzinin direktoru imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi