Bakıda terrorçuluqla bağlı yalan məlumat verən yeniyetmə saxlanılıb

Bakıda terrorçuluqla bağlı yalan məlumat verən yeniyetmə saxlanılıb Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
16 May , 2017 12:19
Bakıda terrorçuluqla bağlı yalan məlumat verən yeniyetmə saxlanılıb

Bakı. 16 may. REPORT.AZ/ Bakıda terroçuluqla bağlı yalan məlumat verən yeniyetmə saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, mayın 15-də saat 12.41-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək "Sərhədçi stadionunda bomba var, adam göndərin", - deyərək telefonu söndürüb.

DİN-in "102 Zəng Mərkəzi", Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və Nərimanov RPİ əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini 14 yaşlı X.M. müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi