Bakıda teplovoz dəmir yolu xəttini keçən şəxsi vurub

Bakıda teplovoz dəmir yolu xəttini keçən şəxsi vurub Vətəndaşın sol ayağı amputasiya olunub
Hadisə
30 May , 2016 12:59
Bakıda teplovoz dəmir yolu xəttini keçən şəxsi vurub

Bakı. 30 may. REPORT.AZ/ Bakıda teplovoz dəmir yolu xəttini keçən şəxsi vurub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 28-də saat 03 radələrində Sabunçu dəmir yolunun ərazisində dəmir yolu xəttinin üstündən keçən Lerik rayon sakini Mirzə Rzayev teplovozla vurulub.

Xəstəxanaya yerləşdirilən M.Rzayevin sol ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi