Yuxarı

Bakıda təmir sexindən oğurluq olub

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutulub

Bakı. 23 may. REPORT.AZ/ Qaradağ rayonu, Qobustan qəsəbəsində MMC-yə məxsus təmir sexindən oğurluq edən şəxslər tutulub.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 19-na keçən gecə Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Rafiq İmanova məxsus “EL Metal” MMC-yə məxsus təmir sexindən 2 min manat dəyərində mis profillər oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sürət Babayev, Röyal Məmmədov və Furman İsgəndərov tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi