Yuxarı

Bakıda təmir işləri aparan şəxsləri elektrik cərəyanı vurub, bir nəfər ölüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 20 iyul. REPORT.AZ/ Bakıda təmir işləri aparan şəxsləri elektrik cərəyanı vurub, bir nəfər ölüb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 19-da Suraxanı rayonunun Hövsan qəsəbəsindəki evlərdən birində təmir işləri aparan paytaxt sakinləri Aqşin Abdurrəhmanovu və Hasil Həşimovu elektrik cərəyanı vurub. A.Abdurrəhmanov hadisə yerində ölüb, H.Həşimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi