Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Həsrət Quliyev, 1975-ci il təvəllüdlü Həsən Məmmədov və 1979-cu il təvəllüdlü İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Həsən Məmmədov və Həsrət Quliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İbrahim Bağırov isə şərti cəza alıb. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə bu il avqustun 9-da Qaradağ rayonunda Həsən Məmmədov, Həsrət Quliyev və İbrahim Bağırov Boran Quliyevə məxsus anbardan 28 000 manat dəyərində 49 ədəd televizor oğurlayıblar.