Bakıda televizor körpənin üzərinə aşıb

Bakıda televizor körpənin üzərinə aşıb Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə
5 noyabr 2017 23:19
Bakıda televizor körpənin üzərinə aşıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-ci il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub.

Nəticədə televizor onun başına düşüb. Körpə ağır xəsarət alaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi