Bakıda Telefon Qovşağına məxsus rabitə kabeli oğurlanıb

Bakıda Telefon Qovşağına məxsus rabitə kabeli oğurlanıb Hadisə Xəzər rayonunda baş verib
Hadisə
28 Noyabr , 2016 12:46
Bakıda Telefon Qovşağına məxsus rabitə kabeli oğurlanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda Telefon Qovşağına məxsus rabitə kabeli oğurlanıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayon Telefon Qovşağına məxsus 41 metr rabitə kabelini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mircavad Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi