Yuxarı
    Bağlamaq

    ​Bakıda tələbə qız özünü 14-cü mərtəbədən atmaq istəyib

    İntihar cəhdinin qarşısı alınıb

    Bakı. 18 aprel. REPORT.AZ/ Bakının Nəsimi rayonunda 18 yaşlı qız intihara cəhd edib.

    “Report”un xəbərinə görə, Bakı şəhər sakini A.R. akademik H.Əliyev küçəsində 15 mərtəbəli binanın 14-cü mərtəbəsinə çıxaraq özünü oradan atmaq istəyib. İntihar cəhdinin qarşısı polis əməkdaşları və sakinlər tərəfindən alınıb.

    Qeyd edək ki, A.R. 1 saylı Tibb Kollecinin ikinci kurs tələbəsidir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi