Bakıda yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, prospektdə hərəkətdə olan "90-PE-792" dövlət nömrə nişanlı "Daewoo Nexia" markalı avtomobilin təkəri partlayıb. Nəticədə avtomobil yolun kənarındakı daşa çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib.





