​Bakıda təhsil şöbəsi müdirinin oğlunu öldürən şəxsin məhkəməsinin vaxtı açıqlanıb

​Bakıda təhsil şöbəsi müdirinin oğlunu öldürən şəxsin məhkəməsinin vaxtı açıqlanıb İşə hakim Mayıl Bayramovun sədrliyi ilə baxılacaq
Hadisə
9 Mart , 2016 15:11
​Bakıda təhsil şöbəsi müdirinin oğlunu öldürən şəxsin məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda 23 yaşlı əmisi oğlunu qətlə yetirən Nəsirov Elşən Nəzir oğlunun cinayət işi üzrə məhkəmənin vaxtı açıqılanıb.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 11-nə təyin edilib.

İşə hakim Mayıl Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci ilin noyabr ayında Nizami rayonu, Qara Qarayev 55 ünvanında baş verib. Lerik rayon sakini, 23 yaşlı Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Nəsirov Elnur Balaşirin oğlunun başını kəsərək qətlə yetirib. Hadisədən sonra E.Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub.

Araşdırma zamanı məlum olub ki, E.Nəsirov hadisəni namus üstündə törədib. Belə ki, Elnur Nəsirovun öz əmisi qızı ilə ailə həyatı quracağı gözlənilsə də, o, təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla evlənib. Onun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Nəticədə Elnur Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, öldürülən gənc Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur. Balaşirin Nəsirovun qardaşı, yəni qətl törətməkdə şübhəli bilinən şəxsin atası Nəzir Nəsirov Bakıda bizneslə məşğul olur.

Son xəbərlər

Orphus sistemi