Yuxarı

Bakıda təcili yardım həkimini bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Təcili Tibbi Yardım Stansiyasının həkimini bıçaqlamaqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Avaz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyib.

İttiham aktına əsasən, hadisə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yardım stansiyasında baş verib.

Belə ki, A.Hüseynovun həyat yoldaşı həmin stansiyada xəstə baxıcısı işləyib. Hadisə baş verən günü A.Hüseynov həmin təcili yardım stansiyasına zəng edib və həyat yoldaşı ilə danışmaq istəyib.

Telefona cavab verən stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Əflatun Yusifov ondan xətti məşğul etməməyi tələb edib. Buna əsəbləşən A.Hüseynov stansiyaya gəlib və Ə.Yusifovu ürək nahiyyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərərvurma, xüsusi amansızlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi