Bakıda Təbiət Tarixi Muzeyindən oğurluq edən şəxs tutulub

Bakıda Təbiət Tarixi Muzeyindən oğurluq edən şəxs tutulub Saxlanılan şəxs muzeydən 2 ədəd noutbuk və fotoaparat oğurlayıb
Hadisə
16 Yanvar , 2016 13:18
Bakıda Təbiət Tarixi Muzeyindən oğurluq edən şəxs tutulub

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakıda Təbiət Tarixi Muzeyindən oğurluq edən şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oğurluq hadisəsi yanvarın 5-də qeydə alınıb. 

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Təbiət Tarixi Muzeyindən 2 ədəd noutbuk və fotoaparat oğurlayan Bakı şəhər sakini Nuhan Gülümcanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi