Bakıda tanışları tərəfindən hədə-qorxu ilə pul tələb olunan şəxs məhkəmədə dindirilib

Bakıda tanışları tərəfindən hədə-qorxu ilə pul tələb olunan şəxs məhkəmədə dindirilib Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
22 Oktyabr , 2018 13:20
Bakıda tanışları tərəfindən hədə-qorxu ilə pul tələb olunan şəxs məhkəmədə dindirilib
Report
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə E.Mərdanov özünü təqsirli bilmədiyini, E.Hüseynov isə özünü qismən təqsirli bildiyini söyləyib.

Daha sonra zərərçəkmiş Sədyar Salayev ifadə verib. O, E.Mərdanovu 2006-cı ildən tanıdığını, onunla birlikdə əsgərlikdə olduğunu deyib. 

Zərərçəkmiş qeyd edib ki, hər iki təqsirləndirilən şəxs ondan 15 min manat pul tələb edib: "Əvvəlcə 7500 manat pul verdim. Sonra isə 2000 verəndə polis onları tutdu".

S.Salayev həmin şəxslərdən şikayətçi olmadığını, E.Mərdanovla E.Hüseynovu bağışladığını vurğulayıb: "Mən onların ikisini də valideynlərinə görə bağışladım".

Qeyd edək ki, E.Mərdanov və E.Hüseynov Bakıda tanışları Sədyar Salayevi hədələyərək ondan 15 min manat pul tələb ediblər

Son xəbərlər

Orphus sistemi