Yuxarı

​Bakıda tanışını öldürüb basdıran şəxsin apellyasiya şikayətinə baxılıb

Hökm dəyişdirilmədən saxlanılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Hafiz Səmədov barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosedə hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumata görə, ötən il dekabrın 16-da saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində həyətyanı sahədə yerə basdırılan soyuducuda bədəni üzərində zorakılıq əlamətləri olan 1988-ci il təvəllüdlü Seyidov Əli Səfər oğlunun meyiti aşkar edilib. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Dekabrın 17-də əvvəllər məhkum olunan,1981-ci il təvəllüdlü Səmədov Hafiz Feruz oğlu Sabunçu Rayon Polis İdarəsinə könüllü gələrək Ə.Seyidovu öldürməsini etiraf edib və o, şübhəli şəxs qismində tutulub. İstintaqla müəyyən edilib ki, 10 dekabr 2014-cü il tarixində H.Səmədov tanışı Ə.Seyidovla Ramana qəsəbəsində kirayədə yaşadığı yeni tikilidə birlikdə narkotik vasitə qəbul edərkən şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı H.Səmədov Ə.Seyidovun dəmir boru ilə sifət və boyun nahiyələrinə xəsarət yetirərək qəsdən öldürüb, sonra isə onun başına selofan torba keçirib, boyun və ayaqlarını yapışdırıcı lentlə bağlayıb meyiti evdə olan soyuducunun içərisinə yerləşdirərək, “Qazel” markalı avtomobillə qonşuluqda yeni kirayə tutduğu evin həyətyanı sahəsində basdırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  H.Səmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi