Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.
Hadisə
8 İyun , 2023 10:14
Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə "Report"a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 7-i saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Əbil Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi