Bakıda tanışını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakıda tanışını öldürməyə cəhd edən şəxsə hökm oxunub Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
15 Noyabr , 2016 17:00
Bakıda tanışını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Ziyafət Manafovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Manafov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisı Bakının Pirallahı rayonunun Süleyman Bağırov küçəsində baş verib. Bağ evlərindən birində baş verən hadisə zamanı əvvəllər məhkum olunmuş, 56 yaşlı Ziyafət Manafov eyni evdə yaşadığı 53 yaşlı Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R.Əhmədova dəyməyib.

Hadisədən sonra Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Hadisəni törədən Ziyafət Manafov saxlanılıb və istintaqa təhvil verilib. Hadisə yerindən 4 ədəd giliz götürülüb.

İstintaq zamanı silahlı insdentin iştirakçıları həmin ərazidə kirayədə qalıblar və balıq ovu ilə məşğul olduqları məlum olub.

Z.Manafov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi