Bakıda tanışını öldürmək istəyən şəxsin kassasiya şikayəti təmin edilməyib

Bakıda tanışını öldürmək istəyən şəxsin kassasiya şikayəti təmin edilməyib Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
3 Mart , 2017 15:29
Bakıda tanışını öldürmək istəyən şəxsin kassasiya şikayəti təmin edilməyib

Bakı. 3 mart. REPORT.AZ/ Ali Məhkəmədə tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ceyhun Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, cinayət hadisəsi Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə C.Məmmədov mübahisə zəminində tanışı Qəzəlxan Mirzəyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. C.Məmmədov Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs edilib.

O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsində, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, C.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilib və onun cəzası 7 il 10 ay 15 günə endirilib. Daha sonra C.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi