Bakıda tanışını bizlə vuran şəxsin cəzası azaldılıb

Bakıda tanışını bizlə vuran şəxsin cəzası azaldılıb Onun cəzası 11 il 3 aya endirilib
Hadisə
23 Avqust , 2016 11:41
Bakıda tanışını bizlə vuran şəxsin cəzası azaldılıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəşad Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına əsasən R.Həsənovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, R.Həsənovun 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini R.Həsənov tanışı ilə kafedə spirtli içki qəbul edəndən sonra aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində R.Həsənov tanışını bizlə vurub. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Daha sonra R.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

R.Həsənova Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Həsənov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi Elman Ağayev apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi