Bakıda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakıda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayıb Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ruslan Nuriyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
16 fevral 2022 09:11
Bakıda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ruslan Nuriyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti baxış iclası fevralın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, R.Nuriyev aralarında yaranan mübahisə zamanı tanışı Amin Mirzəyevi bıçaqlayıb.

Daha sonra R.Nuriyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məclləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi