Bakıda tanışını bıçaqlayan şəxsə şərti cəza verilib

Bakıda tanışını bıçaqlayan şəxsə şərti cəza verilib Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Cabir İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 Dekabr , 2017 12:06
Bakıda tanışını bıçaqlayan şəxsə şərti cəza verilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Cabir İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.İbrahimovun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

İttiham aktına əsasən, hadisə 2015-ci ilin fevral ayının 14-də baş verib. Lökbatan qəsəbə sakini olan C.İbrahimov qəsəbə sakini Fariz Abbaszadə ilə mübahisə edib. Daha sonra isə C.İbrahimov "Rus qəbristanlığı" deyilən ərazidə üzərində gəzdirdiyi ov bıçağı ilə onu qəsdən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

C.İbrahimov məhkəmərə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib. O, sərbəst ifadəsində bildirib ki, əməlindən peşman deyil.

C.İbrahimov hadisəyə səbəb kimi kafedə çay içərkən F.Abbaszadənin onunla "şit zarafat" etməsini göstərib.

Zərərçəkmiş F.Abbaszadə dindirilən zaman deyib ki, C.İbrahimovla kafedə zarafat edib, sonra aralarında mübahisə yaranıb. O etiraf edib ki, aralarında mübahisə edərkən C.İbrahimovu yumuruqla vurub, sonra da söyüb.

F.Abbaszadə heç bir şikayət və tələbinin olmadığını deyib.

Qeyd edək ki, C.İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi