Bakıda tanışını bıçaqlayan qadına hökm oxunub

Bakıda tanışını bıçaqlayan qadına hökm oxunub O, 3 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1 Sentyabr , 2016 12:59
Bakıda tanışını bıçaqlayan qadına hökm oxunub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aygün Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Quliyeva 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Bakı şəhərində baş verib. Paytaxt sakini 1981-ci il təvəllüdlü A.Quliyeva tanışı ilə birlikdə kafede yeyib-içəndən sonra dava ediblər. Nəticədə A.Quliyeva bıçağa əl atıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra A.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi