Bakıda tanışını bıçaqlayan cinsi azlıq nümayəndəsinə hökm oxunub

Bakıda tanışını bıçaqlayan cinsi azlıq nümayəndəsinə hökm oxunub Bakı. 27 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Kamran İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
27 Noyabr , 2017 11:09
Bakıda tanışını bıçaqlayan cinsi azlıq nümayəndəsinə hökm oxunub

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Kamran İslamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə K.İslamov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, K.İslamov eyni qəsəbədə yaşadığı Murad Həsənovla görüşərək mübahisə edib. Buna səbəb isə M.Həsənovun K.İslamovun atasına 50 manat borclu olması olub.

Hadisə ilə bağlı ittihamda qeyd edilib ki, K.İslamov usta işləyən atasının 50 manatını M.Həsənovdan tələb edib. Lakin M.Həsənov pulu verməkdən imtina edib və aralarında mübahisə yaranıb. K.İslamov isə cibində olan bıçaqla ona zərbə endirərək hadisə yerindən qaçıb.

Elan olunan ittihamla K.İslamov özünü qismən təqsirli bilib. O bildirib ki, M.Həsənovu bıçaqlamasına səbəb 50 manat olmayıb. Təqsirləndirilən şəxs istintaq zamanı müstəntiq tərəfindən belə bir səbəb yazıldığını deyib.

K.İslamov iddia edib ki, müstəntiq M.Həsənovun ona qarşı etdiyi zorakılıq hərəkətini gizlətmək üçün belə bir ittiham yazıb.

K.İslamov məhkəmədə cinsi azlıq nümayəndəsi olduğunu etiraf edib.

Qeyd edək ki, K.İslamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağıamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi