Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Orxan Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayır.
Hadisə
27 Yanvar , 2022 09:00
Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Orxan Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

"Report" xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında Qaradağ rayonunda qeydə alınıb. Belə ki, rayon ərazisində fəaliyyət göstərən daş karxanaların birində fəhlə işləyən 1998-ci il təvəllüdlü Qardaşov İsmayıl Aydın oğlu tanışı O.Bayramov tərəfindən mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun baş, kürək və ayaq nahiyələrində 4 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi