Bakı. 25 yanvar.
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Bakı şəhəri Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. M.Xəlilov tanışı Elşad Şirinovu bıçaqlayıb.
İttihama görə, M.Xəlilov hadisədən bir müddət əvvəl dostu ilə içkili vəziyyətdə küçədə mübahisə edib. Bu zaman E.Şirinov onları sakitləşdirməyə başlayıb. M.Xəlilov isə ona irad bildirib və daha sonra E.Şirinovla mübahisə edib. E.Şirinov da onu yumruqla vurub.
Hadisədən bir müddət keçəndən sonra isə M.Xəlilov E.Şirinovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Daha sonra hüquq-mühafiz orqanları əməkdaşları tərəfindən saxlanılan M.Xəlilovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyətiylə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.