Bakıda tanışına qarşı dələduzluq etməkdə təqsirləndirilən qadınların məhkəməsi başlayıb

Bakıda tanışına qarşı dələduzluq etməkdə təqsirləndirilən qadınların məhkəməsi başlayıb Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
9 Yanvar , 2018 11:34
Bakıda tanışına qarşı dələduzluq etməkdə təqsirləndirilən qadınların məhkəməsi başlayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov vəsatət qaldırıb. O, hər iki qadının günahsız olduğunu və onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin olunub.

Qeyd edək ki, həmin qadınalar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittihan olunur. Onlar vətəndaş Bəhruz Nağıyevin 400 min manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinirlər.

İttihama görə, T.Əkbərli ilə B.Nağıyevin yaxın tanışlığı olub. T.Əkbərli C.İsmayılova ilə əlbir olaraq, B.Nağıyevin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi