Bakı. 1 mart. REPORT.AZ/ Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
“Report” xəbər verir ki, vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.
N.İsmayılov uzun müddət idi ki, sözügedən institutda həkim kimi fəaliyyət göstərirdi.
***20:27
Bakı. 1 mart. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
"Report"un məlumatına görə, orta yaşlı kişi piyada keçidindən yolu keçmək istəyərkən "Niva" markalı minik avtomobili tərəfindən vurulub.
Meyit kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.