Bakıda tanınmış tarzənin avtomobilini qarət edən şəxs saxlanıldı

Bakıda tanınmış tarzənin avtomobilini qarət edən şəxs saxlanıldı Yanvarın 12-i günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində “Toyota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla Humay Qədimovaya məxsus içərisində 3 500 manat pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub.
Hadisə
10 Mart , 2020 16:57
Bakıda tanınmış tarzənin avtomobilini qarət edən şəxs saxlanıldı

Yanvarın 12-i günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində “Toyota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla Humay Qədimovaya məxsus içərisində 3 500 manat pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin müraciət üzrə Bakı ŞBPİ Cinayət-Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsinin (RPİ) Cinayət-axtarış şöbəsi, 9-cu Polis Bölməsi və Neftçala Rayon Polis Şöbəsinin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1993-cü il təvəllüdülü Nurəddin Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyyən olunub ki, o, fevralın 11-də Səbail rayonu, Salyan şosesində yerləşən dayanacaqların birində “Toyota” markalı avtomobildən eyni üsulla 1 200 manat dəyərində noutbuku oğurlayıb.

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-in müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, H.Qədimova tanınmış tarzəndir.

Son xəbərlər

Orphus sistemi