Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub.
Bu barədə “Report”a H.Qədimovanın özü məlumat verib.
Onun sözlərinə görə, hadisə yanvarın 12-si saat 12:15 radələrində, paytaxın Səbail rayonunun Teymur Elçin küçəsində qeydə alınıb: “İdarə etdiyim maşınımı Teleteatrın qarşısında yerləşən ərazidə park etdim. Saat 15:40 radələrində avtomobilimə yaxınlaşan zaman isə maşınımın içərisindəki əşyalarımın oğurlandığını gördüm. Sonra
H.Qədimova bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib: “Müraciətimdə görüntülərin mənə təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edirəm”.
Tarzən ona dəymiş maddi ziyanı açıqlamaqdan imtina edib:
“Bu barədə istəmirəm ki, məlumat verəm. Mənə az miqdarda ziyan dəysəydi, heç bu qədər tələb etməzdim”.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavabında bu faktdan məlumatlı olduqlarını bildirib: "Müvafiq araşdırmalar tərəfimizdən davam etdirilir".