Bakıda tanınmış şirkətlərin pullarını mənimsəməkdə təqsirləndirilən qardaşların məhkəməsi başlayıb

Bakıda tanınmış şirkətlərin pullarını mənimsəməkdə təqsirləndirilən qardaşların məhkəməsi başlayıb Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Əflatun Quliyev, Elçin Məmmədov və Samir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
16 Avqust , 2018 14:14
Bakıda tanınmış şirkətlərin pullarını mənimsəməkdə təqsirləndirilən qardaşların məhkəməsi başlayıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Əflatun Quliyev, Elçin Məmmədov və Samir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, istintaq dövründə təqsirləndirilən şəxslərdən yalnız Ə.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilib, digər iki şəxsin barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri barədə qərar çıxarılıb.

S.Məmmədovla E.Məmmədovun qardaş olduğu elan edilib.

Hər üç şəxs ali təhsillidir.

Daha sonra Ə.Quliyevin vəkili vəsatət qaldırıb. O, müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin olunmayıb.

Məhkəmənin baxış iclası avqustun 21-nə təyin edilib.

Qeyd edək ki, Ə.Quliyev, S.Məmmədov və E.Məmmədov "Xəzər inşaat", "Kristal Abşeron" və digər şirkətlərin pulunu mənimsəmədə və vəzifə saxtakarlığında ittiham edilir.

Onlar, ümumilikdə, şirkətlərin 200 mindən çox pulunu mənimsəyib.

Son xəbərlər

Orphus sistemi