Bakıda tanınmış şirkətin əməkdaşı qəza törədib, özü, arvadı və oğlu yaralanıb

Bakıda tanınmış şirkətin əməkdaşı qəza törədib, özü, arvadı və oğlu yaralanıb Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
5 Aprel , 2016 22:44
Bakıda tanınmış şirkətin əməkdaşı qəza törədib, özü, arvadı və oğlu yaralanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, H.Əliyev prospekti 109-un qarşısında Bakı şəhər sakini 52 yaşlı İbrahim Qədimov sürdüyü "Chevrolet" markalı avtomobilin idarəetməsini itirərək maşını işıq dirəyinə vurub.

Hadisə nəticəsində İ.Qədimov özü, arvadı - 47 yaşlı Aidə Zeynalova və oğlu - 12 yaşlı İsmayıl müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, qəzaya uğrayan "Chevrolet" markalı avtomobil "Performance Center" şirkətinə məxsusdur.

Xatırladaq ki, "Performance Center" şirkəti 1997-ci ildə ABŞ istehsalı olan Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi dileri kimi fəaliyyətə başlayıb. 2004-cü ilin sentyabr ayından etibarən “GM AVTOVAZ” şirkəti ilə bağlanmış diler müqaviləsinə əsasən Rusiya istehsalı olan Chevrolet Niva avtomobillərini təqdim edir.

2006-ci ilin fevral ayından etibarən “Performance Center” Şirkəti Koreya istehsalı olan Chevrolet avtomobillərin sifarişinə və satışına başlayıb.

Son xəbərlər

Orphus sistemi